Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2021 20:44
"Barselona"dan ayrıldığı rəsmən açıqlanan Lionel Messi üçün sabah vida mərasimi təşkil olunacaq.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, tədbir "Nou Kamp" stadionunda keçiriləcək. Mərasimin Bakı vaxtı ilə saat 14:00-da başlaması planlaşdırılır.
Qeyd edək ki, Messi 17 il "Barselona"da çıxış edib. 34 yaşlı hücumçu bu müddət ərzində 778 matçda 672 qol vurub və 35 titul qazanıb.