Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2021 17:09
Kök həm qaraciyəri müalicə edən, həm də dəriyə günəşdə qaralma effekti verən tərəvəzdir. Üstəlik onun kalorisi başqa tərəvəzlərdən daha azdır. Kök pəhrizinə riayət etməklə həftə ərzində 4-5 kiloqram atmaq mümkündür.
Sonxeber.net axşam.az-a istinadən ideal kök pəhrizin təqdm edir:
Diqqət!
Yeməklər zeytun yağında, az bişməlidir.
Hər gün səhər:
1 stəkan süd, 1 dilim qara çörək, 1 stəkan şirəsi.
I gün:
Günorta: Köklə qovrulmuş düyü, 100 qram ağ pendir, bir pay brokollo.
Axşam: Tərəvəz şorbası, közdə bişmiş toyuq, kök salatı.
II gün:
Günorta: pomidorlu düyü, salat, suda bişmiş toyuq əti.
Axşam: kök qovurması, 1 dilim tost çörəyi, 1 ədəd közdə bişmiş badımcan.
III gün:
Günorta: 2 köklə bişmiş düyü, salat, 1 ədəd alma.
Axşam: 150 qram közdə bişmiş balıq, 2 dilim tost çörək, kök püresi.
IV gün
Günorta: köklə bişmiş düyü, 2 pomidor, 1 qab meyvə salatı.
Axşam: toyuqlu kök qovurması, 1 pay salat, 1 dilim tost çörəyi.
V gün:
Günorta: pomidorlu düyü, salat, 1 dilim ananas.
Axşam: göyərtili-pomidorlu düyü, toyuq salatı, 1 kasa meyvə salatı.
VI gün
Günorta: kök şorbası, 100 qram ağ pendir və tərəvəz xörəyi.
Axşam: Göyərtili-pomidorlu düyü, toyuq salatı, 1 kasa meyvə salatı.
VII gün
Günorta: sobada dəm almış tərəvəzli düyü, közdə bişmiş badımcan, 1 kasa meyvə salatı.
Axşam: kök qovurması, 1 dilim tost çörəyi, 1 kasa salat.