Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2021 22:56
Türkiyədə Qara dənizdə aşkar olunan təbii qaz yataqlarından mavi yanacağın hasilatına başlanılması üzrə aparılan hazırlıq işləri davam etdirilir.
Bu barədə ölkənin enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz sosial şəbəkə səhifəsində məlumat verib.
O bildirib ki, 2022-ci ilin yaz aylarında Qara dəniz qazının hasilatı üçün dəniz dibinə döşənəcək boruların istehsalına başlanılıb.
Nazir boru xəttinin 169 km uzunluğunda olacağını da qeyd edib.