Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan Naxçıvanın və Qazaxın kəndlərini geri qaytarır - Proses başlayıb

Paşinyan Naxçıvanın və Qazaxın kəndlərini geri qaytarır -  Proses başlayıb

Tarix: 9 Avqust 2021 13:26

"Xatırlayırsınızsa, Paşinyan Sünikə səfəri zamanı demişdi ki, Tex kəndindən sonra Azərbaycan başlayır (Tex kəndi Laçın istiqamətində Azərbaycanla-Ermənistan sərhədində yerləşən erməni kəndidir - red) Yəni ermənilərin siyasi lideri bu fikri işlətməklə Qarabağın Azərbaycan olduğunu qəbul və etiraf edir".

Bunu Sonxeber.net-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.

O bildirib ki, Ermənistan hakimiyyəti nəzarətlərində olan torpaqları Rusiyanın əli ilə Azərbaycana qaytarmaq fikrindədir:

"Hesab edirəm ki, sülh sazişinə hazırlıq gedir və bu saziş 2024 cü ilə qədər, Putin hakimiyyətdə olduğu müddətdə bağlanmalıdır.

Paşinyan onu da başa düşür ki, Azərbaycan Qazaxın və Naxçıvanın işğaldakı kəndlərindən nəinki imtina etmək fikrində deyil, oranı güc yolu ilə almaqda israrlıdır. Odur ki, həmin əraziləri sahibinə qaytarmaq prosesinə başlayıb. Amma ermənilərin siyasi lideri həmin torpaqları Rusiyanın əli ilə geri qaytarmaq fikrindədir. Ona görə işğaldakı kəndlərin mühafizəsi rus hərbi kontingentinə həvalə edilir. Bu manevri etməklə Paşinyan həm də Rusiyameylli müxalifəti susdurmuş olur. Bundan əlavə Rusiya hərbiçilərinin həmin ərazidə peyda olması Azərbaycanın güc metodunu işə salmaq perspektivini mümkünsüz edir. Ermənistan ondan narahatdır ki, həmin 7 kəndin koordinatlarını müəyyən edərkən Azərbaycan Ermənistanın ərazi bütövlüyünü poza bilər. Ermənistan rəsmi ritorikasında cəsarətli görünməyə çalışsa da, mərhələli şəkildə kapitulyasiyanın bəndlərini həyata keçirir.

Ermənistan cəmiyyətinin baş verənləri faciə kimi qarşılamasını anlaya bilmirəm. Bir santimetr erməni torpağı işğal edilməyib, bir kəndlərinə belə zərər dəyməyib, amma hər tərəfdən dalana sıxılmış, aldadılmış, xəyanət edilmiş xalq təsəvvürü yaradırlar. Əfsuslar olsun ki, bu virtual reallığı dünyaya sırımağı bacarırlar".

Təhməz Əsədov


Etiketlər:  Paşinyan Naxçıvanın Qazaxın kəndlərini geri qaytarır Proses başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ