Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2021 15:12
Yaponiyanın qərbində yaşayan 290 mindən çox sakinə təxliyyə olunmaları ilə bağlı xəbərdarlıq edilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb regionda qüvvədə olan "Lupit" tayfunudur.
Qeyd olunur ki, tayfun daşqın və torpaq sürüşməsinə səbəb ola bilər.
Həmçinin bildirilir ki, qərbi prefekturalarda bir neçə çayda suyun səviyyəsi yolverilən qaydalardan yüksəkdir.
Bununla yanaşı, ölkənin aviaşirkətləri tayfun səbəbindən cənub-qərb istiqamətində 63 reysi ləğv ediblər.
Qeyd edək ki, hazırda "Lupit" tayfunu Yaponiyanın qərb hissəsindən şimal-şərqə doğru hərəkət edir. Sözügedən bu təbii fəlakət leysan yağışlarına və güclü küləyə səbəb olub.