Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan Rusiyanın əli ilə kəndləri boşaldır - Hərbi ekspert

Ermənistan Rusiyanın əli ilə kəndləri boşaldır - Hərbi ekspert

Tarix: 10 Avqust 2021 15:26

"Əslində Ermənistan Azərbaycanla sərhəddin hər bir nöqtəsində Rusiya sülhməramlılarını yerləşdirmək üçün dəfələrlə təkliflərini səsləndirib".

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bildirib ki, Rusiya hərbçilərinin Azərbaycanla sərhəddə yerləşdirilməsi sərhədlərin bərpası prosesinin bir hissəsidir:

"Maraqlı olan orasıdır ki, Ermənistan özü də hələ Azərbaycanla olan sərhədlərinin haradan keçdiyini qəbul etmir. Yəni Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadığı müddətdə bu sərhəddin haradan keçdiyini nə Rusiya, nə də onun özü dəqiq bilir. Bunun üçün öncə sərhədlərin delimitasiyası lazımdır. Ermənistan bu məsələdə sanki KTMT-yə və Rusiyaya "ya mənim sərhədlərimi qoruyun, ya da mən üçüncü bir tərəfi regiona gətirəcəyəm" deməyə çalışır. Atəşkəsin tez-tez pozulması da məhz bu məqsədi daşıyır.

Xatırlıyırıqsa əgər, müharibənin son günlərində Rusiyaya məxsus qüvvələr eynilə Qubadlı və Zəngilanda da yerləşdirilmişdi. Sonradan çox qısa bir müddətdə Kəlbəcər, Ağdam və Laçınla bərabər həmin Qubadlı ilə Zəngilanın kəndləri də boşaldılıb Azərbaycan tərəfinə təqdim edilib. Odur ki, proseslərin bu cür davam etməsi hesab edirəm ki, birgə bəyanatda imzalanan və Azərbaycanın dəfələrlə vurğuladığı - sərhədlərin bərpası prosesinin bir hissəsidir. Sadəcə, Ermənistan sanki işğal altında saxladığı Qazaxın kəndlərini və digər əraziləri Rusiyanın əli ilə Azərbaycana qaytarılmasına üstünlük verir".

Xatırladaq ki, Ermənistan MN bildirib ki, Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhəd Tavuş bölgəsinə yerləşdirilib. Orada bərkitmə-istehkam işləri görülür. Bu məqamda hər kəsi düşündürən sual rusların niyə Qeğarkuniklə Kəlbəcər sərhəddində deyil, Qazaxla Tavuş bölgəsi arasında yer alması məsələsidir. 

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Ermənistan Rusiyanın əli ilə kəndləri boşaldır Hərbi ekspert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ