Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2021 11:08
Kanaldan su bol axır, lakin sakinlər sahələrini suvara bilmir. Səbəb isə supaylayıcı hidroqurğuların olmamasıdır.
Sonxeber.net Xezerxeber-ə istinadən bildirir ki, Ağdaş rayonunun Qobuüstü kənd sakinləri bu qurğuların olmaması səbəbindən əkdikdiləri çəltiyi, bostanı, yonca sahələrini süvarmaqda çətinlik çəkirlər.
Məsələ ilə bağlı Ağdaş Suvarma Sistemləri İdarəsindən "Xəzər Xəbər"ə bildirdilər ki, Qobuüstü kəndi ərazisində 770 hektar sahə hazırda suvarma suyu ilə təmin edilib. Əkin sahələrinə suyun verilməsində L 1 və L 2 adlı kanallardan istifadə olunur. Sözügedən hidroqurğulardan L1 kanalında yoxdur.
Bildirildi ki, L1 kanalında idarə tərəfindən plana salınaraq layihələndirmə işləri aparılacaq. Bundan sonra sözügedən problem aradan qaldırılacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: