Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Tottenhem” – “Ayaks” oyunu ispanlara tapşırıldı

''Tottenhem” – “Ayaks” oyunu ispanlara tapşırıldı

Tarix: 28 Aprel 2019 15:04

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Tottenhem” – “Ayaks” matçının hakimləri müəyyənləşib.

Qol.az UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, görüş ispaniyalı hakimlər briqadasına tapşırılıb.

Oyunu Antonio Migel Mateu Lahoz idarə edəcək. Ona yan xətdə Pau Sebrian Devis və Roberto Diaz Perez del Palomar kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi isə Alberto Undiano Mallenko olacaq.

Qeyd edək ki, aprelin 30-da keçiriləcək yarımfinalın ilk matç saat 23:00-da start götürəcək.

 


Etiketlər:  Tottenhem Ayaks oyunu ispanlara tapşırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ