Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2021 09:40
ABŞ neft ixrac edən ölkələri birləşdirən OPEC və OPEC+ təşkilatlarını hasilatı artırmağa çağırıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, sözügedən çağrı ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın yazılı bəyanatında öz əksini tapıb.
O, öz tələbini yüksək neft qiymətlərinin qlobal iqtisadiyyatın bərpasına əngəl törətməsi ilə əsaslandırıb.
Sənəddə bildirilib ki, ABŞ OPEC ilə hasilatın artırılması barədə məsləhətləşmələri davam etdirəcək.
Qeyd edək ki, bu gün ölkə prezidenti Co Bayden də Ağ Evdəkı çıxışı zamanı iri neft ixracatçısı ökələrini hasilatın kvotalar üzrə azaldılmasından imtina etməyə səsləyib.