Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ağ Saray'' şadlıq sarayının rəhbərliyi cərimələndi

''Ağ Saray'' şadlıq sarayının rəhbərliyi cərimələndi

Tarix: 12 Avqust 2021 14:40

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Zaqatala şəhəri, F.Əmirov küçəsində fəaliyyət göstərən "Ağ Saray" şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

AQTA-dan Sonxeber.net-a verilən məlumata görə, pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi, sıxlıq normalarının gözlənilmədiyi, həmçinin, şadlıq evinin sahibi ilə toy sahibi arasında müvafiq iltizamnamə bağlanılmadığı məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda, ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.


Etiketlər:  Saray şadlıq sarayının rəhbərliyi cərimələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ