Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nicat Şıxəlizadə karyerasını başa vurdu

Nicat Şıxəlizadə karyerasını başa vurdu

Tarix: 12 Avqust 2021 20:44

Bu gün Bakı Olimpiya Stadionunda yerləşən Azərbaycan Cüdo Federasiyasının təlim-məşq zalında yeni təyin olunmuş məşqçilər heyəti kişilərdən ibarət milli komandanın üzvlərinə təqdim edilib. 

Milli komandamızın yeni baş məşqçisi Mövlud Mirəliyev göstərilən etimada görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə minnətdarlığını bildirib və onlara bəslənən ümidi doğrultmaq üçün var gücləri ilə çalışacaqlarını söyləyib.

Təcrübəli cüdoçumuz, Avropa və dünya çempionatının mükafatçısı Nicat Şıxəlizadə peşəkar idmançı karyerasını başa vurduğuna görə, milli komandaya yeni kapitan seçilib.

Avropa çempionu, iki dəfə dünya çempionatının gümüş medalçısı və Rio Olimpiadasının mükafatçısı Rüstəm Orucov bundan sonra kişilərdən ibarət milli komandanın kapitanı olacaq.

Milli.Az


Etiketlər:  Nicat Şıxəlizadə karyerasını başa vurdu


RƏYLƏR