Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2021 22:34
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 138 nəfər həyatını itirib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 281 535 nəfər test edilib, onların 22 261-nin koronavirus testi pozitiv nəticə verib, 15 685 nəfər sağalıb.
Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 81 482 006 peyvənd tətbiq edilib. Gündem