Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vaxt çatdı, Qarabağda bu nöqtələrə zərbələr endirilməlidir

Vaxt çatdı, Qarabağda bu nöqtələrə zərbələr endirilməlidir

Tarix: 13 Avqust 2021 05:36

Azərbaycan Müdafiə Nazirliyinin üçtərəfli bəyanata əməl edilməməsi haqda bəyanatı, Qarabağda yük maşınlarına görə İrana etiraz notası göstərir ki, Ermənistanın qəbul etdiyi razılaşmaları icra etməsi üçün ayırılan vaxt tamam olub.

Sonxeber.net bildirir ki, bu fikirləri Axar.az-a açıqlamasında azərbaycanlı politoloq, "Valday" beynəlxalq diskussiya klubunun eksperti Fərhad Məmmədov deyib.

Onun sözlərinə görə, Bakı Rusiya sülhməramlılarının press-relizlərində onların müvəqqəti nəzarəti altında olan ərazidə yerləşən Ermənistan silahlı qüvvələrini necə adlandıracağını düşünəcəyi vaxtı gözləmək niyyətində deyil:

"Güman etmək olar ki, Ermənistan silahlı qüvvələrinin Qarabağda qalan hərbi infrastrukturuna nöqtəbənöqtə zərbələr (dronlarla) endirilməsinin vaxtı gəlib çatıb", - deyə ekspert qeyd edib.


Etiketlər:  Vaxt çatdı Qarabağda nöqtələrə zərbələr endirilməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ