Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2021 10:16
Moskvanın artan hərbi gücünə görə ABŞ və silahdaşları ilə əməkdaşlığı gücləndirməliyik.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri norveçli siyasətçi Xorek Elvenes deyib.
"Rusiyanın hərbi gücünün və aktivliyinin artması yeni təhlükələr meydana çıxarır. Moskva NATO-ya sərbəst hərəkətə mane ola biləcəyini göstərmək istəyir. Şimal cinahın Rusiya üçün əhəmiyyətini anlayıram, lakin narahatam ki, bəzi manevrlər (Rusiyanın hərbi təlimləri - red.) Norveçin düz "qapısının ağzında" keçirilir", - deyə ekspert bildirib.