Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə bu gün koronavirusdan 157 nəfər həyatını itirib

Türkiyədə bu gün koronavirusdan 157 nəfər həyatını itirib

Tarix: 13 Avqust 2021 21:32

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 157 nəfər həyatını itirib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 285 242 nəfər test edilib, onların 21 372-nin koronavirus testi pozitiv nəticə verib, 16 492 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 20 621 415 nəfərə peyvənd tətbiq edilib.


Etiketlər:  Türkiyədə gün koronavirusdan nəfər həyatını itirib


RƏYLƏR