Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Meşəni yandıran şəxsi DİRİ-DİRİ YANDIRDILAR

Meşəni yandıran şəxsi DİRİ-DİRİ YANDIRDILAR

Tarix: 13 Avqust 2021 23:08

Əlcəzairdə meşə yanğınlarında şübhəli bilinən şəxs yerli sakinlər tərəfindən yandırılıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Əlcəzair prokurorluğunun məlumatında deyilib.

Bildirilib ki, polis məntəqəsinə hücum edən insanlar orada saxlanılan həmin şəxsi çölə çıxarıb, ardınca onu linç edərək yandırıblar.

Hadisəyə müdaxilə edən polis əməkdaşlarından yaralananların olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Əlcəzairdə baş verən meşə yanğınlarında 69 insan həlak olmuşdu.

Milli.Az


Etiketlər:  Meşəni yandıran şəxsi DİRİ DİRİ YANDIRDILAR


RƏYLƏR