Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib

Tarix: 14 Avqust 2021 08:50

Türkiyədə Kayseri-Kahramanmaraş şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, mikroavtobusun yolun kənarına aşanması nəticəsində 27-si şagird olmaqla, 29 nəfər yaralanıb. Qəzaya düşənlərdən yeddisinin vəziyyəti ağırdır. Bildirilir ki, mikroavtobusdakı sərnişinlər Quran kursunun şagirdləridir. Yaralılar xəstəxanalara çatdırılıb.

Hadisə ilə bağlı araşdırma başlanıb.


Etiketlər:  Türkiyədə ağır nəqliyyat hadisəsi baş verib


RƏYLƏR