Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib

Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib

Tarix: 14 Avqust 2021 17:36

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən elan edilmiş ümumşəhər dezinfeksiya həftəsi çərçivəsində səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı paytaxtda 550 küçə dezinfeksiya olunub.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, görülən bu işlər Bakı şəhərində sakinlərin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.

Vətəndaşlardan bir daha xahiş olunur ki, koronovirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.

Milli.Az


Etiketlər:  Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ