Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2021 21:40
Özbəkistanda virusları məhv edən cihaz hazırlanıb.
Sonxeber.net modern.az-a istindən xəbər verir ki, cihazın müəllifi mühəndis Olim Yusupovdur. O bildirib ki, hazırladığı texnologiya COVID-19 və digər yoluxucu xəstəliklərin müalicəsində həlledici rol oynaya bilər.
"BioGenetik" adlanan cihaz hava məkanını müxtəlif bakteriyalardan, o cümlədən COVID-19 virusundan təmizləmək gücünə malikdir:
"Aparatın havaya buraxdığı elektronlar virusları, bakteriyaları və mikrobları taparaq zərərsizləşdirir. Bu cihaz vərəm, hepatit, COVID-19 və digər yoluxucu xəstəliklərin profilaktikasında və müalicəsində çox faydalıdır".
Hazırda "BioGenetik" cihazı Özbəkistanın test qəbulu məntəqələrində, laboratoriyalarda, dövlət və tibb müəssisələrində istifadə olunur.