Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2021 22:06
Müharibə dövründə mən dəfələrlə "Nə oldu, Paşinyan?" sözləri ilə bərabər deyirdim ki, Paşinyan özü mənə tarix versin, təqvim versin ki, nə zaman bizim torpaqlarımızdan rədd olur, həmin gün biz müharibəni dayandıraq. Belə də oldu, 9 noyabrda o tarixi verdi, 10 noyabrda gecə kapitulyasiya aktı, yəni, təslim aktı imzalandı. Biz dayandıq, yenə də sözümüzə əməl etdik və dərinə getmədik. Yəni, ermənilərdən fərqli olaraq biz etnik təmizləmə aparmadıq, hərbi cinayət törətmədik, müharibəni ləyaqətlə apardıq, mülki şəxsləri vurmadıq. Hətta erməni əsgərlərini lazımsız yerə məhv etmədik.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri "CNN Türk" televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.
Dövlətimizin başçısı qeyd edib: "Müharibədən bir ay sonra böyük bir təxribat qrupu bizim torpağımıza göndərilmişdi. Onlar həbs olundu, halbuki məhv edilə bilərdilər. Çünki onlar bizim 4 hərbçimizi öldürdülər, amma biz onlara dəymədik. Yəni, müharibənin öz qanunları var və hər şey gərək ləyaqətlə olsun. Müharibə də, mülki həyatda da, məişətdə də, evdə də, işdə də, siyasətdə də ləyaqət əsas prinsiplərdən biri olmalıdır. Ona görə indiki şəraitdə, əlbəttə ki, bizim başqa planlarımız var. Ancaq İkinci Qarabağ savaşı Azərbaycan xalqının tarixində əbədi qalacaq".