Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda səkini zəbt edən sürücü piyadaların yolunu kəsdi - FOTO

Bakıda səkini zəbt edən sürücü piyadaların yolunu kəsdi - FOTO

Tarix: 16 Avqust 2021 14:08

Bakıda səkini zəbt edən sürücünün fotoşəkillərini oxuculardan biri qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib.

Sonxeber.net avtosfer.az-a istinadən xəbər verir ki, 99-TH-627 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü paytaxtın Əhmədbəy Ağaoğlu küçəsində parklanma qaydasını pozub. Səkini zəbt edən sürücü piyadaların yolunu kəsərək onların hərəkətini çətinləşdirib.

Bəzən sürücülər dayanma-durma qadağan olunan yerlərdə cərimələnməmək üçün avtomobili səkiyə çıxarırlar. Xatırladaq ki, səkidə park edilən avtomobil piyadaların hərəkətini çətinləşdirməklə yanaşı, sürücünün daha böyük məbləğdə cərimələnməsinə səbəb ola bilər. Yəni yol polisi əməkdaşı avtomobilin səkidə hərəkət etməsini vizual şəkildə aşkar edərsə, sürücüyə 20 manat yox, 40 manat cərimə yaza bilər.


Etiketlər:  Bakıda səkini zəbt edən sürücü piyadaların yolunu kəsdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ