Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda ağacların yandırılması ilə bağlı cinayət işi başlandı

Bakıda ağacların yandırılması ilə bağlı cinayət işi başlandı

Tarix: 16 Avqust 2021 18:32

Bakıda ağacların yanması faktı ilə bağlı cinayət işi baçşlaqnıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumatda bildirilir ki, dövlətin ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpa edilməsi istiqamətində həyata keçirdiyi siyasətə kölgə salan hallara qarşı prokurorluq orqanları tərəfindən digər dövlət qurumları əlaqəli şəkildə kompleks mübarizə tədbirləri davam etdirilir.

Həyata keçirilən bu tədbirlərdən biri kimi, avqustun 11-də paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi, Vunq-Tau küçəsi 11 ünvanında ağacların yanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material əsasında Xətai rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla, baş vermiş yanğın hadisəsi nəticəsində ərazidə olan 47 ədəd şam ağacının yanması nəticəsində ətraf mühitə ümumilikdə 37 min 800 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edilib.
Həmçinin, yanğın mənbəyi kimi müəyyən edilmiş 4 yerdə istintaq-əməliyyat tədbirləri zamanı tezalışan məhlul aşkar edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 260.3 (Meşələri və digər yaşıllıqları məhv etmə və ya zədələmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 314.1-ci (Səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


Etiketlər:  Bakıda ağacların yandırılması ilə bağlı cinayət işi başlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ