Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə son sutkada koronavirusdan 165 nəfər ölüb

Türkiyədə son sutkada koronavirusdan 165 nəfər ölüb

Tarix: 17 Avqust 2021 07:26

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 165 nəfər həyatını itirib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 287 947 nəfər test edilib, onların 18 163-nün koronavirus testi pozitiv nəticə verib, 16 642 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci (44 357 483 peyvənd), ikinci (33 342 431) və üçüncü (6 815 458) mərhələ daxil 85 547 410 peyvənd tətbiq edilib.


Etiketlər:  Türkiyədə sutkada koronavirusdan nəfər ölüb


RƏYLƏR