Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qalmaqallı şəkildə boşanan aktyorun karyerası təhlükədədir

Qalmaqallı şəkildə boşanan aktyorun karyerası təhlükədədir

Tarix: 18 Avqust 2021 00:35

Qalmaqallı şəkildə boşanan aktyor Conni Depp keçmiş həyat yoldaşı Amber Hardın onun haqqında şiddət iddialarını irəli sürməsi karyerasını təhlükə altına atıb.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, "The Times" qəzetinə açıqlama verən 58 yaşlı aktyor Hollivudda boykot edildiyini bildirib.

Deppin sonuncu rol aldığı "Minamata" filmi ABŞ-da yayımlanmayıb.

"Bəzi filmlər izləyicilərin hislərinə toxunur... Minamatada olanlar da buna bənzər şeyləri yaşayanlara təsir edəcək. Və film kinoteatrda nümayiş olunmur. Bu yalnız Hollivud məni boykot etdiyinə görədir? Yalnız bir nəfər, bir aktyor, son bir neçə ildə xoşagəlməz və qarışıq vəziyyətlə qarşı-qarşıya qaldığına görə?" deyə, aktyor sual edib.

Qeyd edək ki, Conni Depp filmdə ötən əsrin 70-ci illərində ekoloji fəlakətin meydana gəldiyi Yaponiyanın Minamata qəsəbəsində reportaj hazırlayan hərbi fotoqraf Yudcina Smit rolunu canlandırıb.


Etiketlər:  Qalmaqallı şəkildə boşanan aktyorun karyerası təhlükədədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ