Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Perunun xarici işlər naziri istefa verdi

Perunun xarici işlər naziri istefa verdi

Tarix: 18 Avqust 2021 09:30

Peru Prezidenti Pedro Kastilyo ölkənin xarici işlər naziri Ektor Beharın istefasını qəbul edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müvafiq rəsmi bəyanatı "El Peruano" qəzeti yayıb.

"Ektor Behar Prezident Pedro Kastilyoya xarici işlər naziri postundan istefa ərizəsini təqdim edib. Bununla əlaqədar dövlət başçısı cənab Beharın istefasını qəbul edib", - nəşr sənəddən sitat gətirir.

Bu günlərdə Peru mətbuatında Beharın hələ noyabrda səsləndirdiyi fikirlər tirajlanmağa başlayıb. O, Peruda terrorizmin Hərbi Dəniz Qüvvələrindən başladığını bəyan edib. Eks-nazirin sözlərinə görə, onları buna Mərkəzi Kəşfiyyat İdarəsi hazırlayıb. Bundan başqa, Beharın Peruda solçu radikal "Sendero luminoso" ("Parlaq yol") terror təşkilatının yaranmasında MKİ-nin və xüsusi xidmət orqanlarının xüsusi rolu olması ilə bağlı bəyanatı jurnalistlərin diqqətini cəlb edib.

Behar 2021-ci il iyul ayının sonundan bu vəzifədə çalışırdı.

Milli.Az


Etiketlər:  Perunun xarici işlər naziri istefa verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ