Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2019 13:56
"Sabah"ın futbolçusu Marko Deviç komandadan ayrılıb.
Qol.az xəbər verir ki, 35 yaşlı hücumçu bu barədə şəxsi "İnstagram" hesabında paylaşım edib. O, paytaxt təmsilçisi ilə vidalaşıb: "Hər şeyə görə təşəkkürlər, "Sabah"! Təşəkkürlər Bakı! Təşəkkürlər Azərbaycan!"
Qeyd edək ki, Ukrayna millisinin sabiq üzvü ötən mövsüm Azərbaycan Premyer Liqasında 21 oyunda 8 qol vurub. O, 2018-ci ilin yayından "Sabah"da çıxış edirdi.