Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsveçin ən yüksək dağ zirvəsi buzlaqların sürətli əriməsinə görə kiçilib

İsveçin ən yüksək dağ zirvəsi buzlaqların sürətli əriməsinə görə kiçilib

Tarix: 19 Avqust 2021 10:52

Buzlaqla örtülü olan İsveçin ən yüksək dağ zirvəsi Kebnekaysenin cənub zirvəsində sürətli ərimə qeydə alınıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu səbəbdən dağın hündürlüyü təxminən iki metr azalıb və indi dəniz səviyyəsindən 2 094.6 metr yüksəklikdə yerləşir.

Bu barədə Stokholm Universitetindən məlumat verilib.

Hazırda Kebnekaysenin ən yüksək zirvəsi buzlaq olmayan şimal zirvəsidir.

Şimal zirvəsinin hündürlüyü 2 096.8 metr təşkil edir.

Qeyd edək ki, BMT-nin İqlim Komissiyasının son hesabatında qlobal istiləşmənin buzlaqların görünməmiş əriməsinə səbəb olduğu vurğulanıb.


Etiketlər:  İsveçin yüksək dağ zirvəsi buzlaqların sürətli əriməsinə görə kiçilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ