Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2021 19:08
Üç uşaq atasını öldürən şəxs əvvəlcə sevgilisi ilə canlı video çəkib, sonra polisə təslim olub.
Sonxeber.net azxeber.com-a istinadən xəbər verir ki, hadisə Dənizli şəhərində baş verib.
Dənizlidə toyda mübahisə düşəndən sonra üç uşaq atası Fatih Bozkayanı öldürən cinayətkar təslim olmamışdan az öncə sevgilisiylə sosial şəbəkə hesabında canlı yayım edərək sevgilisinə və dostlarına vida edib.
Şəxsin açdığı canlı yayım gündəmə çevrilib.
Həyat yoldaşının ölümündən sonra üç uşağı ilə birlikdə yaşamağa çalışan Sibel Bozkaya isə buna mənfi reaksiya göstərib.
Qadın bildirib: "Üç uşağımı yetim qoymağa sənin haqqın yoxdur. Onun ən ağır cəzanı almasını istəyirəm. Həmin şəxs sosial şəbəkədə "Qapını aç, gözətçi" deyərək təslim olub. Valideynləri buna heç nə öyrətməyibmi? Mənim həyat yoldaşım məzarda yatarkən onun bu cür təslim olmağa haqqı yoxdur. Ən ağır cəzanı almalıdır"- deyib.
Qeyd edək ki, cinayətkar canlı yayımdan az müddət sonra polisə təslim olub. Etdiyi əməli boynuna alıb və həbs olunub.