Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2019 15:16
Bakı. Samir Əli - Trend:
Bakı şəhər Baş Polis İdarəsinin Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və SOCAR-ın Ekologiya İdarəsi Suraxanı rayonu ərazisində yerləşən SOCAR Nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat Departamentinin 1 saylı texnoloji nəqliyyat sahəsində avtonəqliyyat vasitələrinə baxış keçirib.
Trend-in məlumatına görə, 106 nəqliyyat vasitəsinə baxış olub.
Bakı şəhər Dövət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, tədbir "Təmiz hava" aylığı çərçivəsində həyata keçirilir:
“15 gün müddətində "Atmosfer havasının mühafizəsi haqqında" qanunvericiliyin tələblərinin təmin edilməsi, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin istismara buraxılmasının qadağan edilməsi, Bakı şəhərində nəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirkləndirilməsinin hazırki vəziyyətinin öyrənilməsi, eyni zamanda nəqliyyat vasitələri tərəfindən atmosferə zərərli maddələrin atılması nəticəsində ətraf mühitə və insan sağlamlığına dəymiş zərərin müəyyənləşdirilməsindən ibarət olub. Tədbir zamanı Departamentin əməkdaşları tərəfindən, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və müvafiq Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ilə birlikdə Bakı şəhərində fəaliyyət göstərən avtonəqliyyat müəssisələrində yoxlamalar aparılıb və bu təssərüfatlarda 101 ədəd avtomobil yoxlanılıb, bunlardan 4-nün mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu aşkarlanıb. Yoxlamanın gedişi zamanı profilaktik işlər aparılaraq avtonəqliyyat vasitəsindən karbon oksidin miqdarı norma həddinə endirilib. Polis əməkdaşları tərəfindən 280 ədəd nəqliyyat vasitəsi yoxlanılıb, 43 ədədinin mühərriklərinin işlənmiş qazlardan zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu aşkar olunduğundan sürücülər barəsində inzibati xəta haqqında protokollar tərtib olunub. Yoxlamaların gedişi zamanı aşkar olunmuş qanun pozuntularının və çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə icrası məcburi olan göstərişlər verilib”.
V.Əsədov bildirib ki, SOCAR-ın 4 saylı Texnoloji Nəqliyyat Departamentinin 1 saylı Texnoloji Nəqliyyat Sahəsində yük maşınları və minik avtomobilləri yoxlanılıb, vəziyyət qənaətbəxşdir.
SOCAR-ın Ekologiya İdarəsi Ekoloji su mərkəzinin rəisi Çoşqun Bərxudarov çıxış edərək deyib ki, 2009-cu ildən mütəmadi atmosferə atılan zərərli qazların miqdarını nəzarətdə saxlamaq üçün nəqliyyat vasitələri daim ekoloji müayinədən keçirilir: “Benzin yanacağı ilə işləyən nəqliyyat vasitələri “Starqaz” avadanlığı vasitəsilə ekoloji müayinədən keçirilir, dizellə işləyən nəqliyyat vasitələri isə “Smokmetr” qaz analizatoru vasitəsilə ekoloji müayinədən keçirilir. Ekoloji müayinələr zamanı Respublikada mövcud normalara uyğun olan nəqliyyat vasitələrinə ekoloji emblemlər təqdim olunur. Ekoloji emblemlər nəqliyyat vasitələrinin kateqoriyalarına görə fərqlənir. Normalara uyğun olmayan nəqliyyat vasitələri isə diaqnostika və təmir olunduqdan sonra təkrar ekoloji müayinlərə cəlb olunur”.Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin