Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2021 20:56
"Əfqanıstan zəngin yeraltı sərvətlərə sahibdir. Lakin bunları emal edəcək qüvvəmiz yoxdur".
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, "Taliban" sözçüsü Suheyl Şahin belə açıqlama verib. O bildirib ki, bu yataqların işlədilməsi üçün Türkiyə ilə əməkdaşlıq edilə bilər:
"İşğal və soyğunçu rəhbərliyə görə bütün infrastrukturumuz çökdü. Səhiyyə, iqtisadiyyat, enerji sahələrində və yeraltı sərvətlərin işlənməsi məsələsində Türkiyə ilə işbirliyi qurmaq istəyirik. Daxili vəziyyət düzələndən dərhal sonra bu məsələlərdə türk qardaşlarımızın fəal rol almasını istəyirik".
Qeyd edək ki, mis, qızıl və nadir minerallarla zəngin Əfqanıstanın yeraltı sərvətlərinin dəyəri 1 trilyon dollar civarında qiymətləndirilir.