Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda peyvəndlə bağlı yaş həddi aşağı endiriləcək

Gürcüstanda peyvəndlə bağlı yaş həddi aşağı endiriləcək

Tarix: 20 Avqust 2021 21:16

Gürcüstanda koronavirus əleyhinə peyvəndlənmə yaşının payızdan etibarən aşağı endirilməsi gözlənilir.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə xəstəliklərə milli nəzarət xidmətinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, sentyabrdan etibarən peyvənd yaşının 12 yaşa endirilməsi gözlənilir. Bəzi ölkələr öz araşdırmaları nəticəsində qərar qəbul edərək, 12 yaşdan etibarən peyvəndə başlayıb. Bu yaş qrupu üçün, əsasən "Pfizer" və "Moderna" peyvəndlərindən istifadə edilir.

"Klinik araşdırmalar bu yaş qrupu üçün artıq aparılıb və effektivdir. Biz Ümumdünya Səhiyyə Təşkilatının və Avropa Dərman Agentliyinin qərarını gözləyirik. Onlar tərəfindən tövsiyə olunacağı təqdirdə, payızdan etibarən, biz bu yaş qrupunun peyvəndlənməsini düşünürük", - deyə Qamkrelidze vurğulayıb.


Etiketlər:  Gürcüstanda peyvəndlə bağlı yaş həddi aşağı endiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ