Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2021 13:34
Türkiyədə 23 yaşlı Kübra Doğan sosial media üçün video çəkərkən damdan yıxılaraq həyatını itirib.
Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, 16 yaşlı əmisi qızı ilə dama çıxan gənc qız gün batımını seyr edərək, video çəkirmiş. Bu zaman damdakı panelin qırılması nəticəsində yıxılaraq düşən Kübra Doğan hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Həmin anların görüntüsünü təqdim edirik: