Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2021 20:21
- Bananın yarısını əzərək 1 çay qaşığı süd ilə qarışdırın. Üzün dərisinə və boyuna çəkib 15 dəqiqə ərzində saxladıqdan sonra yuyun.
- ¼ stəkan südü ¼ stəkan ərik şirəsi ilə qarışdırın. Tənzifdən hazırlanmış salfeti (əvvəlcədən gözlər üçün müvafiq dəliklər açmaqla) bu şirə ilə isladaraq 15-20 dəqiqə ərzində olmaqla üzünüzə qoyun, üstünü ilıq nəm dəsmalla örtün.
- Almanı sürtgəcdən keçirərək 1 çay qaşığı xama və 1 çay qaşığı nişasta (kraxmal) ilə qarışdırın. Üz dərinizə çəkərək 20 dəqiqə ərzində saxlayın.
- Bir neçə üzüm giləsi götürərək onları yarıya bölüb üz dərinizə sürtün. 15-20 dəqiqə keçdikdən sonra su ilə yuyun.
- Bir neçə yetişmiş albalını yaxşı-yaxşı əzərək üzərinə ½ çay qaşığı bal və 1 çay qaşığı aloye bitkisi şirəsi əlavə edərək qarışdırın. Üz və boyun dərisinə çəkin və 20 dəqiqə ərzində saxlayın.
- Bir neçə kahı yarpağını xırda-xırda doğrayaraq üzərinə 1 çay qaşığı limon şirəsi və 1 çay qaşığı zeytun yağı əlavə edərək qarışdırın. Üzün və boyunun təmiz dərisinə çəkin. 15-20 dəqiqədən sonra su ilə yuyun.
- 1 yumurta sarısını 1 xörək qaşığı xama və 1 xörək qaşığı yerkökü şirəsi ilə qarışdırın. Alınan qarışığı üz dərinizə çəkin və 20 dəqiqə ərzində saxladıqdan sonra su ilə yuyun.
- Acı şokoladı əridərək ondan 1 çay qaşığı götürüb, qatı konsistensiya alınanadək qaymaq ilə qarışdırın. Alınan maskanı ilıq vəziyyətdə üz və boyun dərinizə çəkin və 10 dəqiqədən sonra su ilə yuyun.
- 2 çay qaşığı bal, 2 çay qaşığı kəsmik və 1/2 çay qaşığı çaytikanı yağını qarışdıraraq üz və boyun dərinizə çəkin və 20 dəqiqədən sonra su ilə yuyun.
- 3-4 ədəd əriyi 1 çay qaşığı yulaf yarması ("herkules") ilə blenderdə əzin. Alınan maskanı üzünüzə çəkin və 15 dəqiqədən sonra su ilə yuyun.
- Kivini təmizləyərək sürtgəcdən keçirin. Üzərinə 1 çay qaşığı bal əlavə edərək qarışdırın və dəriyə çəkin. 20 dəqiqə saxladıqdan sonra yuyun.
- 1 xörək qaşığı kəsmik, 1 xörək qaşığı xama və 1 çimdik duzu qarışdırın. Alınan qarışığı üzünüzə çəkərək 20 dəqiqə saxlayın.
- Bir qədər təzə mayanı xamanın qatılığına kimi süd ilə qarışdırın və dərinizə çəkin. 15 dəqiqə saxladıqdan sonra yuyun.
- 10 qram təzə mayanı ½ limonun şirəsi ilə qarışdıraraq dərinizə çəkin. 15 dəqiqə saxladıqdan sonra sərin su ilə yuyun.
- 1 çay qaşığı balı 1 çay qaşığı qliserin (apteklərdə satılır) və 2 çay qaşığı su ilə qarışdırın. Üzərinə tədricən 1 çay qaşığı buğda unu əlavə etməklə bir daha yaxşı-yaxşı qarışdırın. Alınan maskanı dərinizə çəkin və 20-25 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.