Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vaksinasiyadan keçənlər üçün şad xəbər: Komunal xərclər...

Vaksinasiyadan keçənlər üçün şad xəbər: Komunal xərclər...

Tarix: 21 Avqust 2021 20:58

Əgər söhbət vaksinləşmənin prioritet olmasından gedirsə, burada başqa vasitələrdən istifadə etmək olar. Misal üçün, ABŞ-ın bəzi ştatlarında vaksin vurulan şəxslərə 100 dollar ödəniş olunur, Rusiyada da elan olundu ki, COVID pasportları pulsuz lotereya biletlərinə çevrilib, bahalı uduşlar qazandıracaq.

Sonxeber.net azadinfo.az-a istinadən bildirir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Azərbaycanda da buna bənzər vasitələrdən istifadə etmək olar:

"Baxın, sərt qadağalar əvəzinə insanları müəyyən yollarla vaksinə təşfiq etmək istəyirlər. Azərbaycanda da əgər dövlət kütləvi vaksinləşmə olmasını istəyirsə, müxtəlif istimullaşdırıcı vasitələrdən istifadə edə bilər. Misal üçün, vaksin olunan vətəndaşın bir aylıq kommunal borclarını silə və ya başqa güzəştlər edə bilərlər.

Amma bunu da tamamilə ayrı-seçkiliyə gətirilib çıxarılması doğru deyil. Çünki elə insanlar var ki, sağlıq durumlarında problemlər var və onlar vaksin vurdura bilməz. O insanların da yuxarıda qeyd olunan qadağalarla hüquqları pozulur. Düşünürəm ki, gələcəkdə bu məsələlərlə bağlı ciddi problemlər yaşana bilər.  Bu baxımdan, daha yumşaq və vətəndaşın xeyrinə ola biləcək addımlar atılmalıdır.
Əgər doğrudan da vaksin vətəndaşların həyatını xilas edirsə, ölüm sayını azaldırsa, dövlət tərəfindən yuxarıda qeyd edilən addımlar atılaraq, kütləvi vaksinləşməni həyata keçirmək olar".


Etiketlər:  Vaksinasiyadan keçənlər üçün şad xəbər Komunal xərclər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ