Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Taliban”a ağır zərbə: 300 döyüşçü öldürüldü - BBC müxbiri

“Taliban”a ağır zərbə: 300 döyüşçü öldürüldü - BBC müxbiri

Tarix: 23 Avqust 2021 09:20

"Əfqanıstanın Bağlan əyalətində Əhməd Məsud və Əmrullah Salehin rəhbərliyi altında yerli müqavimət qüvvələri "Taliban" silahlılarının yolunda pusqu qurub. Pusquya düşən azı 300 Taliban döyüşçüsü öldürülüb".

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə BBC-nin jurnalisti Yalda Hakim "Twitter" səhifəsində yazıb.

Bundan əlavə, jurnalist, pusqu zamanı ələ keçirilən "Taliban"çıların fotoşəkillərini də dərc edib.

Bu arada RİA Novosti məlumatlı bir mənbəyə istinadən məlumat yayıb ki, "Taliban" döyüşçüləri Bağlan əyalətinin üç mahalına nəzarəti bərpa etməyi bacarıb.

Qeyd edək ki, hazırda Əhməd Məsudun rəhbərlik etdiyi müqavimət qüvvələri yalnız Pəncşir əyalətin nəzarət edir.


Etiketlər:  Talibana ağır zərbə döyüşçü öldürüldü müxbiri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ