Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2021 15:14
Ermənistan Apellyasiya Məhkəməsi avqustun 23-də keçirilən prosesdə parlamentin "Ermənistan" fraksiyasından olan üzvü Armen Çarçyanın həbsinə qərar verib.
Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, bundan əvvəl Armen Çarçyan 15 milyon dramın girov qoyulması müqabilində sərbəst buraxılmışdı.
Armen Çarçyan Cinayət Məcəlləsinin 154.2 -ci maddə ilə təqsirləndirilir. Ona qarşı seçicilərə rüşvət vermək, seçkilər zamanı xeyriyyəçilik qadağasını pozmaq və ya seçicinin azad iradəsini həyata keçirməyə mane olmaq kimi ittihamlar irəli sürülüb.