Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SOCAR kəşfiyyat işləri barədə hesabatını açıqlayıb

SOCAR kəşfiyyat işləri barədə hesabatını açıqlayıb

Tarix: 23 Avqust 2021 18:08

SOCAR 2020-ci ildə 560 km2 3D seysmik, 5031 xətti km 2D seysmik kəşfiyyat işləri aparılıb.

Sonxeber.net xəbər verir ki, bu barədə SOCAR-ın Dayanıqlı İnkişaf hesabatında deyilir.

Hesabata əsasən, SOCAR-ın davamlı inkişafını təmin edən, onun bazasını və ehtiyatlarını yaradan fəaliyyətlərindən biri axtarış-kəşfiyyat işləridir. Belə ki, 2020-ci ildə Şirkət tərəfindən 560 km2 3D seysmik, 5031 xətti km 2D seysmik kəşfiyyat işləri aparılıb. Hesabat ilində mədən geofiziki işlər SOCAR-ın idarə və təşkilatlarının və Azərbaycanda fəaliyyət göstərən birgə müəssisə və əməliyyat şirkətlərinin sifarişlərinə əsasən yerinə yetirilib.

2020-ci ildə SOCAR ilə xarici şirkətlər tərəfindən 8 758 m həcmində axtarış-kəşfiyyat qazma işləri aparılıb. İl ərzində qazmada və istismarda olan neft-qaz quyularında, quyu geofiziki tədqiqat, yataqların işlənməsinə geofiziki üsullarla nəzarət, perforasiya-atma, qaz-karotaj və geoloji-texnoloji nəzarət işləri, dənizdə 12 sahədə, quruda isə 26 sahədə yerinə yetirilmişdir. 2020-ci il ərzində dənizdə və quruda 440,8 m mühəndisi-geoloji qazma, 220 ədəd dəniz dibi süxur nümunələrinin götürülmə stansiyası, 442 km FSAP (fasiləsiz seysmoakustik profilləmə), 56,7 km maqnitometr, 1474,4 km sonar planalması, 1713,2 km batimetriya, "Multibeam" çoxşüalı exolotla 3D planalma - 59,6 km, uzaqdan idarə olunan sualtı video çəkiliş (ROV) - 195 saat və 1 tematik mövzu üzrə tədqiqat işləri aparılıb.


Etiketlər:  SOCAR kəşfiyyat işləri barədə hesabatını açıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ