Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Toni Bleyrin institutu 100 min müsəlman yeniyetmənin təhsilinə yardım edəcək

Toni Bleyrin institutu 100 min müsəlman yeniyetmənin təhsilinə yardım edəcək

Tarix: 23 Avqust 2021 21:16

Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyrin Qlobal Dəyişikliklər İnstitutu ilə Müsəlman Dünyası Liqası təhsil sahəsində tərəfdaşlıq layihəsi həyata keçirəcək.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, rəsmi SPA agentliyi liqanın baş katibi Məhəmməd bin Əbdülkərim Əl-İssa ilə Toni Bleyr arasında müvafiq saziş imzalanması barədə məlumat yayıb.

İmzalama mərasimində qeyd edilib ki, bütün dünyada yaşayan 1,8 milyard gəncin bir hissəsi yoxsulluq səbəbindən normal təhsil ala bilmir, müxtəlif təhlükəli cərəyanların təsiri altına düşür. Müsəlman Dünyası Liqası və Toni Bleyr İnstitutunun üç il ərzində həyata keçirəcəkləri təhsil proqramı çərçivəsində 18 ölkədən 13-17 yaş arası 100 min yeniyetməyə təhsil və peşə vərdişlərinə yiyələnmək üzrə yardım göstəriləcək, habelə bu prosesə bütün dünyadan 2400 müəllim cəlb olunacaq.

Təhsil proqramında müxtəlif dinlər və mədəniyyətlər arasında geniş dialoq yaradılmasına da diqqət göstəriləcək. Tədris proseslərində müsəlman gənclərin digər dinlərin mənsubu olan həmyaşıdları ilə mütəmadi ünsiyyət qurması təşkil olunacaq.


Etiketlər:  Toni Bleyrin institutu müsəlman yeniyetmənin təhsilinə yardım edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ