Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qazaxda güclü külək nəticəsində ağacın budağı kişinin üstünə düşüb

Qazaxda güclü külək nəticəsində ağacın budağı kişinin üstünə düşüb

Tarix: 24 Avqust 2021 08:34

Qazax sakini güclü külək nəticəsində xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bakı küçəsində yerləşən parkda qeydə alınıb.

1957-ci il təvəllüdlü Axundov Emil Məhəmməd oğlu parkda istirahət edən zaman güclü külək əsib. Küləyin təsirindən qopan ağac budağı yaşlı kişinin üzərinə düşüb. Nəticədə 64 yaşlı kişi müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir.

Milli.Az


Etiketlər:  Qazaxda güclü külək nəticəsində ağacın budağı kişinin üstünə düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ