Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2021 09:22
Kriminal aləmdə "Kublaşvili" ləqəbi ilə tanınan "qanuni oğru" Otari Boytsov qətlə yetirilib.
Sonxeber.net Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə "Praym Kraym" portalı yazıb.
Kriminal avtoritetin meyiti Rusiyanın Krasnodar vilayətində aşkar olunub. Rusiya Daxili İşlər Nazirliyinin bölgə üzrə Baş İdarəsi məlumatı təsdiqləyib.
Məlumata görə, Boytsov Krasnodar əsillidir və 2013-cü ilin martında Murmansk vilayətindəki 13 saylı islah koloniyasında "qanun oğru" adını alıb.