Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Ömrümüzün sonuna kimi koronavirusla yaşayacağıq" - Professor

Tarix: 24 Avqust 2021 21:03

"Ömrümüzün sonuna kimi koronavirusla bir yerdə yaşayacağıq".

Milli.Az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında professor Mübariz Əliyev deyib.

Onun sözlərinə görə, virusun hər dəfə yeni ştammı yaranacaq:

"Əsas odur ki, ağır xəstələrin sayı azalır. Yoluxma sayı qalxır, enir, proqnoz vermək olmur, koronavirusla yaşamağı bacarmalıyıq. Bu sezon xəstəliyidir. Birdəfəlik hamı peyvənd olunmalıdır. Peyvənd olunmaq o demək deyil ki, insanlar bu virusa yoluxmayacaq. Peyvənd olunmaq o deməkdir ki, yoluxacaqsan, amma xəstəliyi yüngül keçirəcən. Sadəcə panikaya düşmək lazım deyil".

Mübariz Əliyev tövsiyyə edib ki, insanlar virusu yaddan çıxartsın:

"İnsanlar həyatını yaşasın, koronavirusu yaddan çıxartsın".

Milli.Az


Etiketlər:  Ömrümüzün sonuna kimi koronavirusla yaşayacağıq Professor


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ