Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2021 12:44
Ermənistanın Baş naziri Nikol Paşinyan iki yüksək vəzifəli məmuru vəzifəsindən azad edib.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Sputnik Ermənistan" yayıb.
Məlumata əsasən, Paşinyanın qərarı ilə səhiyyə nazirinin müavini Artem Smbatyan və Dövlət Gəlirləri Komitəsinin sədr müavini Rafik Maşadyan istefaya göndərilib.
Qeyd edək ki, KİV-də yayılan məlumatlara görə, Artem Smbatyan Maşadyanı vəzifəsində əvəz edəcək. Lakin rəsmi açıqlama verilməyib.