Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2021 14:40
Məşhur sima Selin Dənizli bu yaxınlarda özünü COVID-19-dan qorumaq üçün iki doz peyvənd aldı.
Sonxeber.net sia-ya istinadən xəbər verir ki, ancaq o yenə də koronavirusdan yaxa qurtara bilmədi. İstanbuldakı evində müalicə alır.
Həyat yoldaşı Abdullah Burnaz, oğulları Mustafa Cem və Kerem Egenin səhhəti yaxşıdır. Dünən Abdullah Burnazın doğum günü idi. 50 yaşı tamam oldu. Ancaq heç bir tədbir olmadı.
Bu arada Selinin qardaşı Lal Denizli də ABŞ-da yoluxmuşdu və sağalandan sonra Türkiyəyə qayıtmışdı.