Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2021 22:16
ABŞ-da bütün hərbçilər üçün vaksinasiya məcburi olub.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Lloyd Austinin Silahlı Qüvvələrə göndərdiyi sənəddə qeyd edilib.
"Tibb mütəxəssisləri və hərbi səlahiyyətlilərlə apardığım müzakirə və Prezidentin də dəstəyi ilə COVID-19-a qarşı məcburi vaksinin Amerika xalqını müdafiə etmək və ordunu qorumaq üçün lazım olduğuna qərar verdim", - sənəddə deyilir.
Nazir silahlı qüvvələrdə vaksinasiyadan keçməyənlərə dərhal peyvənd vurulması barədə təlimat verib.
Pentaqon sözçüsü Con Kirbi hərbçilərə "Pfizer-BioNTech" vaksini vurulacağını bildirib. O əlavə edib ki, bugünədək ordunun 68 faizi peyvəndlənib.