Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2021 11:40
İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Cülyan kəndi ərazisində yabanı halda bitən çətənə kolları aşkar olunub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 565 kiloqram olan 1711 ədəd narkotik tərkibli çətənə bitkiləri kökündən çıxarılıb və yandırılaraq məhv edilib.