Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəki və Oğuzda qaz təchizatı hansı səbəbdən dayanıb?

Şəki və Oğuzda qaz təchizatı hansı səbəbdən dayanıb?

Tarix: 16 Avqust 2019 12:12

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün səhər saatlarında 2 rayonda bir neçə yerdə qaz təchizatının dayandırılmasına zərurət yaranıb.

"Azəriqaz" İstehsalat Birliyindən Trend-ə bildirilib ki, orta təzyiqli qaz xəttinin yol inşaat işləri zamanı zədələnməsi ilə əlaqədar olaraq saat 09:00-dan Şəki rayonunun Kiçik Dəhnə, Böyük Dəhnə, Dərə Cənnət, Suçma kəndlərində məhdudiyyətlər tətbiq edilib.

Oğuz rayonunda isə orta təzyiqli qaz xəttinin yeraltı yol keçidində qaz sızması aşkarlanıb. Ona görə də rayonun Bayan, Bucaq, Calut, Muxas kəndlərində məhdudiyyətlər olacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Şəki Oğuzda təchizatı hansı səbəbdən dayanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ