Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldu “Yuventus” azarkeşlərilə vidalaşıb

Ronaldu “Yuventus” azarkeşlərilə vidalaşıb

Tarix: 27 Avqust 2021 22:56

"Bu gün mən möhtəşəm klubu tərk edirəm. İtaliyada ən böyük, Avropada ən böyüklərdən birini".

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu fikirlər bu gün İtaliya "Yuventus"undan İngiltərənin "Mançester Yunayted" klubuna keçən Kriştianu Ronalduya məxsusdur.

O, Turin təmsilçisinin azarkeşlərinə vida məktubunu instaqram səhifəsində paylaşıb: "Həmişə "Yuventus"dakı hər oyunda canımı qoymuşam. Turinə əbədi vurulmuşam. Tiffozi həmişə mənə hörmət edib. Çalışmışam onlara meydanda döyüşməklə təşəkkür edim. Biz gözəl tarix yazdıq. Həmişə sizlərdən biri qalacam. Siz mənim tariximin bir parçam olduz, mən də sizin. İtaliya, "Yuve", Turin, tiffozi, byankoneri, siz həmişə ürəyimdə qalacaqsız".

Milli.Az


Etiketlər:  Ronaldu Yuventus azarkeşlərilə vidalaşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ