Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan: ''Əfqanıstan mövzusunda NATO ilə hansı addımları atacağımızı planlaşdıracağıq''

Ərdoğan: ''Əfqanıstan mövzusunda NATO ilə hansı addımları atacağımızı planlaşdıracağıq''

Tarix: 27 Avqust 2021 23:12

"Hazırda Əfqanıstanda terror təşkilatlarının münaqişəsi var".

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Bosniya və Herseqovinada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O deyib ki, İŞİD və "Taliban" fərqli təşkilatlar olduğu üçün "Taliban"la necə mübarizə aparılacağını hazırda təxmin etmək çətindir: "Bundan Türkiyənin və ya başqa bir ölkənin nə qazanc əldə edəcəyini düşünmək ağlasığmazdır. Bütün məsələ Əfqanıstan xalqının ən qısa zamanda dinc bir həyat sürməsinə dəstək olmalıdır. Əgər Amerikanın bu məsələdə edə biləcəyi bir şey varsa, bunu təmin etməlidir".

Ərdoğan Əfqanıstan mövzusunda Türkiyənin NATO ilə birgə hansı addımlar atılacağı ilə bağlı danışıqlar aparacağını bildirib: "Görüşlərimiz olacaq, hansı addımları atacağımızı planlaşdıracağıq".


Etiketlər:  Ərdoğan Əfqanıstan mövzusunda NATO ilə hansı addımları atacağımızı planlaşdıracağıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ