Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meşələrin bərpası təhlükəli ola bilər

Meşələrin bərpası təhlükəli ola bilər

Tarix: 28 Avqust 2021 19:52

Çin və ABŞ tədqiqatçılarının araşdırmalarına görə, orta enliklərdə meşələrin bərpası Yer atmosferinin indiki modellərin təklif etdiyindən daha çox soyumasına səbəb ola bilər. Bir çox mütəxəssis Yerin orta enliklərində, xüsusən Şimali Amerika və Avropada meşələrin bərpasının qlobal istiləşmənin artmasına səbəb ola biləcəyindən ehtiyatlanır.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, işıq əks etdirmə qabiliyyətinə malik olmadıqları üçün meşələr çox miqdarda günəş radiasiyasını udur. Tropik bölgələrdə aşağı albedo (yer səthinin və su səthinin əksetdirmə qabiliyyəti) il boyu yaşıl bitkilər tərəfindən karbon qazının yüksək miqdarda udulmasını təmin edir. Mülayim iqlimlərdə yığılmış günəş istiliyi yeni meşələrin soyutma təsirini üstələyə bilər.

Prinston Universiteti və Nankins İnformasiya Elmləri və Texnologiyaları Universitetinin alimləri yeni işlərində etdikləri qeydlərə əsasən, meşələrin buludların əmələ gəlməsində rolunu nəzərə almayan bu ehtiyatlanmalar, nəinki günəşdən gələn işığa maneə törətmədiyinə, həmçinin yüksək albedoya malik olduğuna əhəmiyyət vermir. Araşdırmalarının mürəkkəbliyi çox vaxt buludların mümkün iqlim dəyişikliyi təhlillərindən kənarlaşdırılmasına səbəb olur. Müəyyən edilən bölgə üçün artan bulud meydana gəlməsindən və karbon qazının bağlanmasından gələn soyutma təsiri, günəş şüalarının meşələr tərəfindən udulmasının təsirindən daha çox olduğu təsbit edilib. Buna görə də mütəxəssislərin qeyd etdiyi kimi, meşələrin bərpası əvvəllər düşünüldüyündən daha güclü, Yer atmosferinə sərinləşdirici təsir göstərəcək.

Deyerler.org


Etiketlər:  Meşələrin bərpası təhlükəli bilər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ