Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2021 20:51
İnsan adəti üzrə yay aylarında daha az yatmaq istəyir. Buna ilk növbədə istilik təsir edir - insan isti yay gecəsində yuxudan çox şəhəri gəzməyə üstünlük verir. Bununla belə yay, yuxu rejimini bərpa etmək üçün münasib vaxtdır.
Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, yay bəlkə də ilin ən aktiv vaxtıdır. İsti aylarda gəzintilərə, görüşlərə və səyahətlərə daha çox enerji sərf edilir. Bu hadisələr nəinki öz-özünə enerji sərf edir, həm də sağlam yuxudan daha çox onlara üstünlük verilir. Ancaq reallıq budur ki, nə qədər çox enerji sərf etsək, bərpa olunmaq üçün bir o qədər çox vaxt lazımdır. İnsanın bayıra nisbətən temperaturu bir neçə dərəcə aşağı olan otaqda kifayət qədər yuxu ehtiyacını ödəməsi müəyyən edilmişdir. İsti və rütubətli otaqda yatmaq demək olar ki, mümkün deyil. Təəssüf ki, yayda demək olar ki, bütün otaqlar isti olur və buna görə də sağlam istirahət əldə etmək üçün daha çox vaxt lazımdır.
Kifayət qədər yuxu saatlarının olmamasını nəylə kompensasiya etmək olar? İnsan yay aylarında təbii olaraq gec yuxuya gedir və günəş işığı daha erkən yataq otağına düşür. Yayın isti gecələrində rahat yatmaq üçün kondisionerdən istifadə etməyində yuxuya təsiri var. Əlbəttə ki, kondisionerdən uzun müddət istifadə etməklə həddi aşmamağa da diqqət etmək lazımdır. Tam istirahət üçün beynin mütləq qaranlığa ehtiyacı var. Bunun üçün göz maskasından da istifadə etmək əlverişlidir.
Gündüz istirahət etməklə, gecə tam olmayan yuxu saatlarını kompensasiya etmək olar.